
Peşəkar Androloq,istefada olan hərbi həkim: “Cinsi yolla keçən 90% xəstəliklər sağalandır”
Ömrünün ən məhsuldar dövrünün 50 ilini həkim peşəsinin şərəfini qorumağa həsr edən peşəkar həkim tibb üzrə fəlsəfə doktoru,androloq-terapevt,Ukraina TEA –nin və Azərbaycanın Tibb Elmləri namizədi Vaqif Hüseynovla həmsöhbət olduq.
- Vaqif Hüseynov kimdir?
Hüseynov Vaqif Aslan oğlu 1955 ci ildə Mingəçevir şəhərində anadan olub. 1979-80 –ci illərdə Azərbaycan Dövlət Tibb Universitetini (terapevt) bitirib. Rusiya,Ukrayna Respublikalarında o cümlədən Türkiyə Alman ixtisaslaştırma kurslarında olub.1992-1998-ci illərdə Şuşa şəhərindən başlayaraq Azərbaycan ordusunun tərkibində müxtəlif hərbi hospitallarda hərbi həkim kimi xidmət edib.Bu müddətdə dost ölkələrin birində infeksion xəstəliklər üzrə hərbi internaturanı bitirmişdir.Qarabağ müharibəsi veteranıdır. Onu da qeyd edək ki,həkim şəhid qardaşıdır.İstefada olan hərbi həkimdir.Keçmiş sovetlər birliyində müxtəlif şəhərlərdə ayrı-ayrı xəstəliklər üzrə ixtisasartırma kurslarında olub.O cümlədən qaraciyər,ağciyər ,ürək,böyrək xəstəlikləri,cinsiyyət sistemi xəstəlikləri üzrə ixtisasartırma kurslarında olub. 1998-2010-cu illərdə Ukrayna tibb Elmləri akademiyasının Andrologiya... və Seksologiya institutunda andrologiyanın və seksologiyanın aktual problemlər:kişi sonsuzluğu,cinsi xəstəliklər,oğlan uşaqlarının inkişaf problemləri,cinsi zəifliklər üzərində elmi-tədqiqat işləri aparıb, Hüseynov Vaqif Aslan oğlu tibb Elmleri namizədi,Androloq,Sekspatoloq,Sonsuzluq üzrə mütəxəssisdir.
Heç də əbəs yerə deyilməyib ki, həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır.Bu mənada Vaqif həkim bu peşənin daha dərinliklərinə sahib olmaq üçün Ukrayna tibb Elmləri akademiyasının Andrologiya... və Seksologiya institutunda andrologiyanın və seksologiyanın aktual problemlər:kişi sonsuzluğu,cinsi xəstəliklər,oğlan uşaqlarının inkişaf problemləri,cinsi zəifliklər üzərində elmi-tədqiqat işləri aparıb.Onlarla elmi məqalənin müəllifidir. Cinsi yolla yoluxan xəstəliklərdən əmələ gələn sonsuzluqlar ,elektromaqnit dalğaların kişi cinsi sisteminə təsiri, yolxucu xəstəliklərin,o cümlədən “Xr.Brüselloz”da əmələ gələn “Sekretor endokrin sonsuzluğun”, müxtəlif zöhrəvi xəstəliklərdən(qanareya,xlamidiya,uroplazma,mikoplazma,trixomoniaz və.s ) sonrakı əmələ gələn xr.prostatitlərin ,xr.uretritlərin ,cinsi zəifliyin,sonsuzluğun əmələ gəlməsina dair onlarla elmi tədqiqat işlərinin müəllifidir.
“Cinsi yolla keçən 90% xəstəliklər sağalandır” deyən həkim pasiyentlərinə infeksion xəstəlikləri zamanı vaxtında həkimə müraciət etmələrini bildirir. Həkim deyir ki,artmaqda olan cinsi yolla keçən xəstəliklərlə bağlı hal-hazırda respublikanın bölgələrindən,hətta rusiya və Ukraynadan da gələn xəstələr var.
-İnfeksion xəstəliklərinə yoluxarkən pasiyentlər artıq xəstəliyin ağırlaşmış formasında müraciət edirlər:
“Əvvəlcə onlar öz başlarına aptek dərmanları ilə özləri-özlərini müalicə edir və çalışırlar ki,o problemləri gizlətsinlər.Partniyorların hər ikisi müalicə almalıdır”.
Söhbət əsnasında Vaqif həkim deyir: “Həkimlik olduqca məsuliyyətli peşədir. Həkim insan sağlamlığının keşikçisidir. Başqalarının səhvini bəlkə də düzəltmək mümkündür, həkimlərin səhvini isə yox”.
Vaqif həkim həmdə qayğıkeş ata və babadır. Onun iki övladı,iki nəvəsi var. Oğlu Huseynov Xəqani iqtisadçıdı, ailəlidi 2 uşağı var
Qızı: Huseynova Şəmsinur tibb universitetini bitirib, həkimdir.Azərbaycan Respublikası Səhiyyə nazirliyi Mingəçevir şəhər regional Ruhi Əsəb xəstəlikləri dispanserinin baş həkimi vəzifəsində çalışır.3 fevral 2025-ci il tarixdə həkimin 70 yaşı tamam olur.Bu münasibətlə bizdə həkimi təbrik edir,ona can sağlığı,işlərində müvəffəqiyətlər arzu edirik.



Şərh / Cavab göndərən
Recent Posts
SDU-nun yeni rektoru koll...
- Post edən Aynur
- fevral 14, 2025
İlon Mask niyə Ağ Evdə ya...
- Post edən Aynur
- fevral 14, 2025
STEAM təhsili Azərbaycan...
- Post edən Müşfiq
- fevral 13, 2025
Prezident İlham Əliyevin...
- Post edən Müşfiq
- fevral 13, 2025
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025