“Cyber Summer School 2026” çərçivəsində stolüstü tennis turniri təşkil olunub
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə Mingəçevir şəhərində keçirilən V “Cyber Summer School 2026” kiber yay düşərgəsində iştirakçılar üçün stolüstü tennis turniri təşkil edilib.
AKTA, Mingəçevir Dövlət Universiteti və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan turnir iştirakçıların asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi və idmana marağın artırılması məqsədilə keçirilib.
Turnir boyunca iştirakçılar yüksək oyun intizamı, çeviklik və diqqət tələb edən maraqlı qarşılaşmalarda qüvvələrini sınayıblar. Yarış eyni zamanda düşərgə iştirakçıları arasında ünsiyyətin möhkəmlənməsinə, dostluq münasibətlərinin inkişafına və sağlam rəqabət mühitinin formalaşmasına töhfə verib.
Yarışın yekununda fərqlənən iştirakçılar medal və diplomlarla təltif olunublar.
Qeyd edək ki, V “Cyber Summer School 2026” kiber yay düşərgəsinin proqramı yalnız kibertəhlükəsizlik üzrə nəzəri və praktiki təlimləri deyil, eyni zamanda iştirakçıların fiziki hazırlığını, komanda ruhunu və sosial bacarıqlarını inkişaf etdirən idman və intellektual fəaliyyətləri də əhatə edir. Bu istiqamətdə təşkil olunan tədbirlər gənclərin hərtərəfli inkişafına və düşərgə mühitində əməkdaşlıq mədəniyyətinin gücləndirilməsinə xidmət edir.
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Mingəçevir Dövlət Univers...
- Post edən Səbinə
- avqust 8, 2026
Azərbaycan Jurnalistlər B...
- Post edən Aynur
- avqust 2, 2026
MDU və Marmara Universite...
- Post edən Səbinə
- iyul 17, 2026
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025