“Avroviziya” təmsilçilərimizin adı açıqlandı
Bu il Azərbaycanı “Avroviziya 2025” musiqi yarışmasında “Mamagama” qrupu təmsil edəcək.
“Gunboyu" xəbər verir ki, bu barədə Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova və media rəhbəri Turab Teymurov məlumat verib.
Bildirilib ki, qrup rok, pop və ənənəvi Azərbaycan musiqisinin unikal birləşməsi ilə tanınır.
“Mamagama” 2021-ci ildə yaradılıb. Qrup beynəlxalq musiqi festivallarında və müsabiqələrində göstərdiyi performansları, o cümlədən 2022-ci ildə Albaniyada keçirilən “Kënga Magjike” beynəlxalq musiqi festivalında uğur qazanıb.
“Mamagama” 3 nəfərdən ibarətdir:
Asəf – Frontmen və əsas vokalçı,
Hass – Gitara ifaçısı,
Arif – Zərb alətləri.
Qeyd edək ki, beynəlxalq musiqi yarışması bu il İsveçrənin Bazel şəhərində keçiriləcək.
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Mingəçevir Dövlət Univers...
- Post edən Aynur
- dekabr 6, 2025
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025