Qaranlıq Rejim
Image
  • cümə axşamı, 17 sentyabr 2026
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovu doğum günü münasibətilə təbrik edirik!

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovu doğum günü münasibətilə təbrik edirik!

Bu gün Mingəçevir Dövlət Universitetinin inkişafında, müasir və rəqabətqabiliyyətli ali təhsil müəssisəsinə çevrilməsində mühüm xidmətləri olan rektor, iqtisad üzrə fəlsəfə doktoru, dosent Anar Eminovun doğum günüdür.

Anar müəllimin rəhbərliyi ilə son illərdə MDU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat və innovasiya fəaliyyətinin genişləndirilməsi, beynəlxalq əlaqələrin gücləndirilməsi, universitet–sənaye əməkdaşlığının inkişaf etdirilməsi və tələbələr üçün yeni imkanların yaradılması istiqamətində mühüm addımlar atılıb.

Universitetin beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsi, yüzlərlə yerli və xarici tərəfdaşla əməkdaşlıq şəbəkəsinin formalaşdırılması, yeni laboratoriya və tədqiqat infrastrukturlarının yaradılması, rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi, dayanıqlı inkişaf və yaşıl universitet yanaşmasının prioritet istiqamətlərdən birinə çevrilməsi bu inkişaf yolunun mühüm nəticələrindəndir.

Eyni zamanda, MDU-da yeni ixtisasların açılması, beynəlxalq mübadilə və əməkdaşlıq imkanlarının genişləndirilməsi, tələbələrin elmi, innovativ və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi universitetin regiondan dünyaya açılan müasir akademik mərkəz kimi mövqeyini daha da möhkəmləndirib.

Anar müəllimin universitetin gələcəyinə dair strateji baxışı, yeniliyə açıq idarəçilik yanaşması, akademik mühitin inkişafına və tələbələrin uğurlarına göstərdiyi xüsusi diqqət MDU-nun qarşısında yeni perspektivlər açır.

Hörmətli Anar müəllim, doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, yeni uğurlar və Mingəçevir Dövlət Universitetinin inkişafı naminə fəaliyyətinizdə davamlı nailiyyətlər arzulayırıq!

Yeni yaşınız yeni ideyaların, böyük layihələrin və MDU üçün daha böyük uğurların başlanğıcı olsun! 🎓💐

Doğum gününüz mübarək, Anar müəllim!

Şərh / Cavab göndərən