Mingəçevir Dövlət Universiteti RUR reytinqində: İlk iştirakdan ölkə üzrə 12-ci yer
Mingəçevir Dövlət Universiteti ilk dəfə nüfuzlu “Round University Ranking” (RUR) beynəlxalq reytinqində iştirak edib.
Universitet ilk iştirak ilində Azərbaycan ali təhsil müəssisələri arasında 12-ci yerdə qərarlaşıb. Bu nəticə MDU-nun son illərdə keyfiyyətli ali təhsil, elmi fəaliyyətin gücləndirilməsi, beynəlxalqlaşma və institusional inkişaf istiqamətində həyata keçirdiyi ardıcıl işlərin mühüm göstəricisi kimi qiymətləndirilir.
RUR reytinqində universitetlərin fəaliyyəti tədris, tədqiqat, beynəlxalq müxtəliflik və maliyyə dayanıqlılığı kimi əsas indikatorlar üzrə dəyərləndirilir. MDU-nun ilk dəfə bu reytinqdə təmsil olunması universitetin qlobal ali təhsil məkanına inteqrasiyası və beynəlxalq görünürlüğünün artırılması baxımından əhəmiyyətli addımdır.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti RUR reytinqində dünya üzrə 1198-ci yerdə qərarlaşıb.
MDU bundan sonra da beynəlxalq reytinqlərdə mövqeyini gücləndirmək, təhsil və tədqiqat keyfiyyətini yüksəltmək, eləcə də rəqabətqabiliyyətli universitet modelinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək.
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
MDU və Marmara Universite...
- Post edən Səbinə
- iyul 17, 2026
Mingəçevir Dövlət Univers...
- Post edən Səbinə
- iyul 13, 2026
V “Cyber Summer School 20...
- Post edən Səbinə
- iyul 11, 2026
Rektor Anar Eminov: “Univ...
- Post edən Səbinə
- iyul 11, 2026
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025