
Qorxutmaq, yoxsa Sevilmək? Makiavellinin Əbədi Sualları
Niccolo Makiavelli (1469–1527) İntibah dövrünün ən məşhur siyasi düşünürlərindən biri kimi tarixə düşüb. Onun “Şahzadə” əsəri siyasi fəlsəfə sahəsində dəyərli bir nümunədir. Əsərdə Makiavelli liderlərə konkret və bəzən sərt tövsiyələr verir. Əsas mövzu isə hakimiyyəti necə əldə etmək və onu necə qorumaq, xalqı idarə etməyin yollarından bəhs edir.
Makiavelli “Sevilmək daha yaxşıdır, yoxsa qorxu yaradan bir hökümdar olmaq?” sualını verir və bunu siyasətdə ən vacib müzakirələrdən biri hesab edir. O, ideal liderin həm qorxu yaradan, həm də sevilən olmasını tövsiyə edir. Amma bu iki keyfiyyəti eyni anda saxlamaq çətindirsə, qorxudan bir lider olmağı daha düzgün yol hesab edir. Onun fikrincə, sevgi insanlar tərəfindən asanlıqla itirilə bilər. İnsanlar sevgi münasibətlərində dəyişkəndir, amma qorxu, xüsusilə də cəza qorxusu, daha uzunmüddətli təsirə malikdir.
Bir çox tənqidçi Makiavellini əxlaqdan kənar siyasətin təbliğatçısı hesab edir. Çünki o, məqsədin vasitələri haqq qazandırdığını açıq şəkildə bildirir. Bu yanaşma bəzilərinə sərt və hətta zalım görünə bilər. Amma Makiavelli reallığı təsvir etdiyini deyirdi. O, amoralizmi təbliğ etmir. Onun fikrincə, siyasətdə romantizmə yer yoxdur; reallığı qəbul etmək və ona uyğun hərəkət etmək lazımdır. Bu fikirlər bugünkü siyasətdə də öz əksini tapır. Liderlər üçün sevgi və ya qorxu dilemması bu gün də aktualdır. İnsanlar qorxu ilə idarə olunduqda daha itaətkar olurlar, amma sevgi ilə idarə edildikdə daha sadiq ola bilərlər. Bəs bu iki yanaşmanı tarazlaşdırmaq mümkündürmü?
Makiavelli deyirdi ki, əgər seçim etmək məcburiyyətindəsinizsə, qorxutmaq daha etibarlıdır. Amma bu fikir mübahisəlidir və hər dövrdə fərqli dəyərləndirilə bilər. Siyasi fəlsəfə ilə maraqlanan bir gənc olaraq düşünürəm ki, bu sualın cavabı liderin şəxsiyyətindən, idarə etdiyi cəmiyyətdən və dövrün tələblərindən asılıdır. Axı siyasət həmişə mürəkkəb və dəyişkəndir.
Etiketlər
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
SDU-nun yeni rektoru koll...
- Post edən Aynur
- fevral 14, 2025
İlon Mask niyə Ağ Evdə ya...
- Post edən Aynur
- fevral 14, 2025
STEAM təhsili Azərbaycan...
- Post edən Müşfiq
- fevral 13, 2025
Prezident İlham Əliyevin...
- Post edən Müşfiq
- fevral 13, 2025
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025