Təlimçi bolluğu: Həqiqi mütəxəssislik, yoxsa söz yığını?
Son illərdə təlimçi kimi fəaliyyət göstərənlərin sayı sürətlə artıb. Sosial mediada, seminarlarda, vebinarlarda hər addımda biri qarşımıza çıxıb bizə uğurun, motivasiyanın, liderliyin, biznesin və hətta şəxsi inkişafın sirrini izah etməyə çalışır. Amma bir məsələ var: təlimçi olmaq üçün təkcə bir kitab oxumaq, ya da bir-iki kurs keçmək yetərlidirmi?
Bu sözləri Bakı Avrasiya Universitetinin İnnovasiya sektorunun müdiri, filosof Kamran Qasımov "Günboyu.az" saytına açıqlamasında deyib. O, sözlərinə aşağıdakılarla davam edib:Təlimçi hər hansı bir sahədə ən azı 3-5 il işləyib, real problemlərlə üzləşmiş, çətinliklərdən keçmiş, uğursuzluq dadmış və yalnız bundan sonra başqalarına yol göstərə bilən insandır. Təkcə nəzəriyyəni bilmək təcrübənin yerini verə bilməz. Bir həkim tibb kitablarını oxuyub cərrah olmur, bir mühəndis yalnız riyaziyyat bilib körpü tikmir. Eyni şəkildə, real həyat təcrübəsi olmadan, yalnız söz yığımı ilə insanlara yol göstərmək fırıldaqçılığın bir başqa formasıdır.
Bu gün repetitorluğa nəzarət sistemi formalaşır, ümid edirəm ki, "təlimçilik" sahəsində də belə bir sistem qurulacaq. Çünki yanlış yönləndirilmiş bir insanın həyatı sadəcə pul itkisi deyil, vaxt itkisi, ümid itkisi və bəzən də bir ömür boyu düzəldilməsi çətin olan düşüncə xətaları yaradır.
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
“Smart English” layihəsin...
- Post edən Aynur
- may 4, 2026
“Mingəçevir Dövlət Univer...
- Post edən Səbinə
- aprel 27, 2026
“Vətən uğrunda – Qəhraman...
- Post edən Səbinə
- aprel 26, 2026
“Smart English:İnteraktiv...
- Post edən Aynur
- aprel 23, 2026
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025