Çempionlar Liqası: “Siti” PSJ-dən revanş almaq arzusunda

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun digər görüşləri keçiriləcək.

Oxu.Az xəbər verir ki, A, B, C və D qrupunda keçiriləcək görüşlərdən sonra pley-offa çıxacaq bir neçə komandanın adına aydınlıq gələcək.

Təbii ki, əsas maraq doğuran qarşılaşma İngiltərənin Mançester şəhərində keçiriləcək. “Mançester Siti” və PSJ həm qrup liderini müəyyənləşdirmək, həm də pley-offa çıxacaq ilk komandanın adına aydınlıq gətirmək üçün mübarizə aparacaq. Çünki qalib komanda qrup mərhələsinə vəsiqə qazanacaq.


Kevin De Bröyne, Layem Delap, Benjamen Mendi və Feran Tores “Mançester Siti”yə bu matçda kömək edə bilməyəcək. PSJ-də isə Xuan Bernat, Yulian Draksler, Aleksandr Letelye və Rafinya oynamayacaq. Həmçinin meydan sahiblərində Cək Qrilişin meydana çıxması sual altındadır.

Xatırladaq ki, Parisdə keçirilmiş ilk görüşdə PSJ 2:0 hesabı ilə “Siti”yə qalib gəlib.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

V tur

A qrupu

00:00 “Bruqe” (Belçika) – “Leypsiq” (Almaniya)

00:00 “Mançester Siti” (İngiltərə) – PSJ (Fransa)

1. “Mançester Siti” – 9

2. PSJ – 8

3. “Bruqe” – 4

4. “Leypsiq” – 1

 

B qrupu

00:00 “Atletiko” (İspaniya) – “Milan” (İtaliya)

00:00 “Liverpul” (İngiltərə) – “Portu” (Portuqaliya)

1. “Liverpul” – 12

2. Portu” – 5

3. “Atletiko” – 4

4. “Milan” – 1

 

C qrupu

21:45 “Beşiktaş” (Türkiyə) – “Ayaks” (Niderland)

00:00 “Sportinq” (Portuqaliya) – “Borusiya” (Dortmund, Almaniya)

1. “Ayaks” – 12

2. Borusiya” – 6

3. “Sportinq” – 6

4. “Beşiktaş” – 0

 

D qrupu

21:45 “İnter” (İtaliya) – “Şaxtyor” (Ukrayna)

00:00 “Şerif” (Moldova) – “Real” (İspaniya)

1. Real” – 9

2. İnter” – 7

3. “Şerif” – 6

4. “Şaxtyor” – 1

Qeyd edək ki, “Liverpul”, “Ayaks”, “Bayern”, “Mançester Yunayted”, “Çelsi” və “Yuventus” pley-offa vəsiqəni öncədən təmin edib.

Səbuhi Musayev

Son xəbərlər