“Hörümçək” sözü lüğətdən təsadüfən çıxarılıb

 Milli Elmlər Akademiyasının prezidentinin humanitar işlər üzrə müşaviri, AMEA Dilçilik İnstitutunun sabiq direktoru Möhsün Nağısoylu "hörümçək" sözünün 2021-ci ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılmasına və "spayder" sözü ilə əvəz olunmasına aydınlıq gətirib.M. Nağısoylu bildirib ki, spayder təkcə hörümçək mənasını vermir: “Spayder həm də minik avtomobillərində yığılan (bəzən açılıb götürülə bilən) dama malik, iki yan qapılı, bir və ya iki sıra oturacaqlı kuza növüdür. Hörümçək sözü təsadüfən buraxılıb. Amma hörümçəkkimilər var. Yəni, hörümçək sözü lüğətdən çıxarılmayıb. Bu lüğəti 12 nəfər hazırlayıb. Mən elmi redaktoruyam. Məndən başqa iki nəfər məsul redaktor var. Lüğətdə təsadüfən bir söz olmayanda faciə olur? Biz əcnəbi sözlər əvəzinə milli sözlər daxil etməyə çalışmışıq. Dünyanın bütün lüğətlərində səhv olur. 90 min sözdən bir söz təsadüfən getməyib. Bu, qəsdən olmayıb”.Qeyd edək ki, bununla bağlı dilçi alim Qulu Məhərrəmli status paylaşıb. O bildirib ki, Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində "hörümçək" sözü çıxarılıb, "spayder" sözü salınıb.apa.az

Son xəbərlər