“Hörümçək” sözünü “spayder”lə əvəzlədilər, hamı tənqid etdi

Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətindən “hörümçək” sözü çıxarılıb.
Gunboyu “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Qulu Məhərrəmli məlumat paylaşıb.
O bildirib ki, “hörümçək” sözünün əvəzinə lüğətə “spayder” sözü salınıb.
Əlavə edək ki, “hörümçək” sözü lüğətdən çıxarılsa da, bu sözdən yaranan “hörümçəkkimilər”, “hörümçəyəbənzər”, “hörümçəyəoxşar” sözləri saxlanılıb.
Qeyd edək ki, 2021-ci ildə “Elm” nəşriyyatında çapdan çıxan lüğətə 90 minə yaxın söz daxil edilib. Lüğətin elmi redaktoru AMEA-nın həqiqi üzvü Möhsün Nağısoyludur.