Mərkəzi Bank faiz dərəcəsini növbəti dəfə artırdı -RƏSMİ

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7,25 faizdən 7,5 faizə qədər artırılmasına qərar verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6 faiz dərəcəsində saxlanılıb, faiz dəhlizinin yuxarı həddi isə 8,25 faizdən 9 faizə qədər artırıl,ıb. 

Son xəbərlər