“Milan” “Roma” oyununda dörd qol vuruldu -VİDEO

İtaliya A Seriyasında XX tur çərçivəsində “Milan” “Roma”nı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.


Hesabı 8-ci dəqiqədə ev sahibi açıb. Dəqiq penalti zərbəsi ilə Olivye Jiru fərqlənib. 17-ci dəqiqədə Junior Messias “Milan”ın üstünlüyünü möhkəmlədib.

40-cı dəqiqədə Temmi Abraham fərqi azaltsa da, 82-ci dəqiqədə Rafael Leau yekun nəticəni müəyyənləşdirib.

Bu qələbədən sonra xalını 45-ə çatdıran Stefano Piolinin komandası lider “İnter”dən 1 xal geri qalır. Lakin Simeone İnzaginin yetirmələrinin ehtiyatda bir oyunu var.


 

Son xəbərlər