“Qalatasaray” TFF-yə qarşı çıxdı -STADİON TAM DOLACAQ

Türkiyənin “Qalatasaray” klubu sabah UEFA Avropa Liqasının E qrupu oyunları çərçivəsində Rusiyanın “Lokomotiv Moskva” klubu ilə qarşılaşacaq.

“Qafqazinfo” xəbər verir ki, “sarı-qırmızılı”lar Nef stadionunun tam dolması üçün Türkiyə Futbol Federasiyasına müraciət ediblər.

Ancaq TFF klubun müraciətini rədd edib. Bununla belə, “Qalatasaray” stadionun tam dolacağını, izləyici məhdudiyyəti tətbiq olunmayacağını açıqlayıb.


Qeyd edək ki, TFF noyabrın 9-dan sonra stadionların tam dolmasına icazə verib. Həmin vaxta qədər stadionların 50 faiz tamaşaçı qəbul etməsinə icazə var. 

Son xəbərlər