Şuşaya avtobusla gediş haqqı - -10 manat 40 qəpik

Gunboyu.az AsanRadioya istinadən xəbər verir ki, Bakıdan Ağdama bir istiqamət üzrə bilet isə 9 manat 40 qəpik olacaq. Əhmədbəyli-Şuşa 7, Bərdə-Ağdam 5, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa istiqaməti üzrə bilet 6 manatdır. Tariflər bir istiqamət üzrə müəyyənləşib. Səhər 6.30-da avtobuslar Bakıdan çıxacaq. Həmin məntəqədən geri dönüş 2 saat yarım sonra olacaq. Vətəndaşlra ildə yalnız bir dəfə səfər etmək limiti veriləcək. Şəhid ailələrinə bilet pulsuzdur.24 yanvar tarixindən etibarən Bakı – Şuşa, Bakı – Ağdam, Əhmədbəyli – Şuşa, Füzuli Beynəlxalq Hava Limanı – Şuşa, Bərdə – Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə verilir.Reyslər Əhmədbəyli – Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil ediləcək. Füzuli Beynəlxalq Hava Limanı – Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib ki,növbəti günlərdə marşrut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet ala bilərlər.Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.