Trampın prezident seçkisində iştirakına icazə verildi

Miçiqan məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampın 2021-ci ildə Kapitoli hadisələrindəki roluna baxmayaraq, 2024-cü ildə prezidentliyə namizəd ola biləcəyinə qərar verib.

Hakim sabiq prezidentin Kapitoliyə hücumda rolunun onun yenidən seçilmək iddiasını məhdudlaşdırdığına dair arqumentləri rədd edib.

Beləliklə, Trampın namizədliyi ştatın ilkin səsvermə bülletenində qalacaq.

Yerli medianın məlumatına görə, Trampın ABŞ-də seçicilər arasında dəstəyi artıb. Xüsusilə, o, ən mühüm altı ştatdan beşində - Arizona, Corciya, Miçiqan, Nevada və Pensilvaniyada seçici dəstəyinə görə indiki dövlət başçısı Co Baydeni qabaqlaya bilib.


Son xəbərlər