“Yüz faiz yox olacağıq” -İlon Maskdan qorxulu proqnoz

Dünyanın ən zəngin adamı İlon Mask bəşəriyyətin mümkün kütləvi qırğın zamanı 100% yox olacağını açıqlayıb.
"Gunboyu.Az" xəbər verir ki, Mask tək qaçış yolunun başqa planetlərə yerləşmək olduğunu iddia edib.
“Bəşəriyyət həyatı çoxplanetli etməsə, günəşin ekspansiyası səbəbindən bütün növlərin 100% yox olma ehtimalı var”, - iş adamı “Twitter”də yazıb.
Maskın proqnozu istifadəçiləri əməlli başlı qorxuya salıb.