Oğuzda “Özünü tanı, cəmiyyətə dəyər qat” layihəsinin icrasına start verildi
Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə qrantlar” müsabiqəsinin qalibi olan “Özünü tanı, cəmiyyətə dəyər qat” layihəsinin icrasına Oğuz rayonunda başlanılıb. Layihə Oğuz rayon Xaçmaz kənd tam orta məktəbinin Təlim-tərbiyə işləri üzrə direktor müavini Vüsal Əlfiyev tərəfindən hazırlanıb və müasir pedaqoji tələblərə uyğun sistemli şəkildə qurulub.
Layihənin təqdimatı zamanı məktəbin direktoru Aynurə Səfərova, məktəbin psixoloqu Aynur Rəsulova, habelə layihənin eksperti Aynur Quliyeva şagirdlərə layihənin məqsəd və vəzifələri barədə geniş məlumat veriblər.
Təşəbbüsün əsas məqsədi şagirdlərin elmi, yaradıcı və sosial bacarıqlarının inkişafını dəstəkləmək, onların milli-mənəvi dəyərlər, vətəndaşlıq mövqeyi və müasir həyati bacarıqlar istiqamətində formalaşmasına töhfə verməkdir.
Proqram çərçivəsində şagirdlər üçün müxtəlif maarifləndirici görüşlər, müasir tədris üsullarına əsaslanan seminarlar, yaradıcı fəaliyyətlər və sosial məsuliyyəti artıran tədbirlər təşkil olunacaq. Layihənin mərhələli şəkildə icrası məktəbdə təlim-tərbiyə prosesinin keyfiyyətini yüksəltməyə, şagirdlərdə liderlik, ünsiyyət və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməyə kömək edəcək.
Bununla yanaşı, layihə çərçivəsində Oğuz rayon Yaradıcılıq Mərkəzi və Oğuz rayon Gənclər Evi ilə əməkdaşlıq həyata keçiriləcək. Bu əməkdaşlıq sayəsində şagirdlər müxtəlif praktik fəaliyyətlərə qoşulacaq, yaradıcılıq bacarıqlarını inkişaf etdirəcək və sosial-mədəni fəallıqlarını artıracaqlar.
Layihənin sonunda şagirdlərin hazırladıqları işlər təqdim olunacaq, bütün görülən fəaliyyətlərlə bağlı analitik hesabat hazırlanacaq. Elde olunan nəticələr isə gələcəkdə tərbiyə-təlim prosesinin daha da təkmilləşdirilməsi üçün istifadə ediləcək.
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025