“Özünü tanı, cəmiyyətə dəyər qat” layihəsi çərçivəsində şagirdlər üçün maarifləndirici ekskursiya təşkil olunub
Elm və Təhsil Nazirliyinin Təhsildə qrantlar müsabiqəsi çərçivəsində icra olunan “Özünü tanı, cəmiyyətə dəyər qat” layihəsi çərçivəsində iştirakçı şagirdlər üçün maarifləndirici və öyrədici ekskursiya təşkil edilib.
Şagirdlər Çuxur Qəbələ arxeoloji düşərgə və muzeyini ziyarət edərək qədim Qəbələ şəhərinin tarixini, arxeoloji qazıntılar nəticəsində əldə olunan maddi-mədəni nümunələri yaxından tanımaq imkanı əldə ediblər. Bu məkan onlara Azərbaycanın qədim dövlətçilik ənənələri və sivilizasiya tarixi haqqında geniş məlumat verib.
Daha sonra şagirdlər Müqəddəs Bluum kilsəsini ziyarət ediblər. Burada onlar Azərbaycanın multikultural mühitinin bariz nümunəsi olan Udi icmasının dini-mədəni irsi ilə tanış olublar.
Ekskursiya çərçivəsində Nic Udi Ocağına səfər edən şagirdlər Udi xalqının adət-ənənələri, həyat tərzi və mədəni xüsusiyyətləri barədə məlumat əldə ediblər. Bu ziyarət onların etnik müxtəliflik və tolerantlıq anlayışlarını daha da gücləndirib.
Səfərin növbəti ünvanı Cotari kilsəsi olub. Şagirdlər bu tarixi dini abidə ilə tanış olaraq regionun dini irsi və memarlıq xüsusiyyətləri haqqında biliklərini genişləndiriblər.
Ekskursiya müddətində şagirdlər layihə çərçivəsində keçirilmiş təlimlərdə öyrəndikləri özünü tanıma, milli-mənəvi dəyərlər, multikulturalizm, tolerantlıq və vətəndaşlıq məsuliyyəti kimi mövzuları real mühitdə müşahidə və təhlil etmək imkanı qazanıblar.
Ümumilikdə, təşkil olunan ekskursiya layihənin məqsədlərinə uyğun olaraq şagirdlərin həm nəzəri, həm də praktik biliklərinin inkişafına xidmət edərək iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Layihə rəhbəri Vüsal Oğuz Əlfiyevdir.
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025