Qaranlıq Rejim
Image
  • cümə, 23 oktyabr 2026
“Bir saat, min düşüncə” layihəsi çərçivəsində igid qadın qazimiz Aygün Tahirova ilə görüş keçirildi

“Bir saat, min düşüncə” layihəsi çərçivəsində igid qadın qazimiz Aygün Tahirova ilə görüş keçirildi

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Bir saat, min düşüncə” layihəsi çərçivəsində növbəti qəhrəmanla görüş baş tutub. Bu dəfə layihə iştirakçıları igid və zərif qazimiz Tahirova Aygün Əbdülxaliq qızı ilə bir araya gəliblər. Görüş iştirakçılarda dərin və unudulmaz təəssürat yaradıb.

Tədbir Mingəçevir Dövlət Universitetinin Pedaqogika və Psixologiya kafedrasının əməkdaşları — Aydın Kərimov, İlhamə İsmayılova, Şəbnəm İslamova və Aynur Quliyevanın iştirakı ilə keçirilib.Görüş zamanı qazimizin keçdiyi şərəfli döyüş yolu, həyat hekayəsi və Vətənə xidmət nümunəsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Tahirova Aygün Əbdülxaliq qızı 10 dekabr 1964-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Mingəçevir şəhər 13 nömrəli məktəbin məzunudur və tarix ixtisası üzrə ali təhsil alıb.

Birinci Qarabağ müharibəsi zamanı Tərtər istiqamətində — Aşağı Çaylaq, Yuxarı Çaylaq, Həsənqaya və Livanarx bölgələrində gedən döyüşlərdə şücaət göstərib. 30 noyabr 1992-ci il tarixində Ağdərə istiqamətində, Drambon yolu üzərində baş verən döyüş zamanı başından ağır yara alıb.Qazimizlə keçirilən həm ümumi, həm də fərdi görüşlər olduqca səmimi, qürurverici və maraqlı mühitdə keçib. O, görüş zamanı Azərbaycan dövləti və şəhər ictimaiyyəti tərəfindən göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib. Layihə komandası olaraq igid qazimizə möhkəm can sağlığı arzulayır, göstərdiyi qəhrəmanlığa və Vətənə sədaqətinə görə dərin minnətdarlığımızı bildiririk.

Bu cür görüşlərin gənclərin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığına inanılır. “Bir saat, min düşüncə” layihəsi çərçivəsində maarifləndirici və dəyərli görüşlərin davam etdirilməsi nəzərdə tutulur.

Şərh / Cavab göndərən