Dastana Dönən hekayələr layihəsi çərçivəsində forum keçirilib
“Dastana dönən hekayələr” layihəsi çərçivəsində forum keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Dastana dönən hekayələr” layihəsi çərçivəsində forum təşkil olunub.
Forumda şəhid ailələrinin üzvləri, universitetin rəhbər və müəllim heyəti, tələbələr, eləcə də “Azərbaycan Müəllimi” qəzetinin region təmsilçisi iştirak ediblər. Çıxışlar zamanı şəhidlərimizin keçdiyi şərəfli həyat yolu, onların göstərdiyi igidlik nümunələri və bu irsin gənc nəsil üçün əhəmiyyəti vurğulanıb.
Şəhid ailələrinin paylaşdıqları xatirələr tədbir iştirakçıları tərəfindən böyük diqqət və ehtiramla qarşılanıb. Qeyd olunub ki, qəhrəmanlıq yalnız tarix kitablarında deyil, yaşayan yaddaşda və gələcək nəsillərin şüurunda yaşadılmalıdır.
Forum çərçivəsində layihənin məqsədləri, qarşıdakı fəaliyyət istiqamətləri və gənclərin bu prosesdə fəal iştirakı məsələləri müzakirə olunub. Bildirilib ki, “Dastana dönən hekayələr” layihəsi şəhid və qazi ailələrinin hekayələrinin sənədləşdirilməsi və geniş auditoriyaya çatdırılması istiqamətində davamlı fəaliyyət göstərəcək.
Tədbir iştirakçıları layihənin əhəmiyyətini yüksək qiymətləndirərək bu cür təşəbbüslərin milli-mənəvi dəyərlərin qorunması baxımından xüsusi rol oynadığını qeyd ediblər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Mingəçevir Dövlət Universitetinin və Sabirabad Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
18 fevral 2026 cı il
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025