Dastana dönən hekayələr layihəsi çərçivəsində video materialların təqdimat mərasimi keçirilib
“Dastana dönən hekayələr” layihəsi çərçivəsində forum keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Dastana dönən hekayələr” layihəsi çərçivəsində video materialların təqdimat mərasimi keçirilib.
Layihə üzrə aparılan sənədləşdirmə işləri nəticəsində Sabirabad və Mingəçevir şəhərlərindən olan 8 şəhid ailəsi və 2 qazinin həyat hekayəsi video formatında hazırlanaraq təqdim olunub.
Təqdimat mərasimində layihənin məqsədi və gedişatı haqqında məlumat verilib, şəhid və qazilərimizin qəhrəmanlıq yolunun gənc nəsil üçün mənəvi örnək olduğu vurğulanıb. Çəkilən videolarda ailə üzvlərinin xatirələri, döyüş yolu və vətən uğrunda göstərilən fədakarlıqlar əks olunub.
Qeyd olunub ki, bu kimi sənədləşdirmə işləri milli yaddaşın qorunması, qəhrəmanlıq tarixinin gənclərə çatdırılması və şəhid irsinin gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.
Təqdim olunan video materiallar iştirakçılar tərəfindən maraqla qarşılanıb və layihənin davamlılığının vacibliyi vurğulanıb.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Mingəçevir Dövlət Universitetinin və Sabirabad Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
18 fevral 2026 cı il
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025