“2024 – Gənclərin İqtisadiyyat Olimpiadası” layihəsinin bağlanış mərasimi keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, FZ Academy və "SDG Youth Community" təşəbbüs qrupunun birgə təşkilatçılığı ilə keçirilən layihə çərçivəsində Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən İqtisadiyyat Olimpiadasında 250 tələbə iştirak edib.
İqtisadiyyat olimpiadasının əsas məqsədi, tələbələrin iqtisadi sahədəki bilik və bacarıqlarını qiymətləndirmək, səriştəsi və bacarığı ilə digər gənclərdən fərqlənən tələbələri tanımaqdır. Qeyd olunub ki, bu cür olimpiadalar, iştirakçıların analitik düşüncə tərzini inkişaf etdirmək və yüksək potensiala sahib gəncləri üzə çıxarmaq baxımından önəmli addımdır.
Layihənin bağlanış mərasimində imtahanlarda iştirak edərək, ən yüksək nəticə göstərən ilk üç nəfərə xüsusi diplom, ən yüksək nəticə göstərən əlli nəfərə isə "FZ Academy" tərəfindən ödənişsiz təhsil paketləri təqdim edilib.
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025