Qaranlıq Rejim
Image
  • cümə, 23 oktyabr 2026
“Heydər Əliyev İrsinin davamçıları, Konstitusiya elçiləri” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim keçirilib

“Heydər Əliyev İrsinin davamçıları, Konstitusiya elçiləri” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalib layihələrindən olan “Heydər Əliyev İrsinin davamçıları, Konstitusiya elçiləri” layihəsi üzrə növbəti maarifləndirici təlim təşkil olunub.
Layihə çərçivəsində keçirilən “Heydər Əliyevin dövlətçiliyimizdə rolu” mövzusunda təlim Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya ilə başlayıb. Ekskursiya zamanı mərkəzin təlimçisi tərəfindən gənclərə Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi, Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsindəki müstəsna rolu haqqında ətraflı məlumat verilib.
Təlimin davamında iştirakçılara Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub, mövzu ətrafında müzakirələr aparılıb və gənclərin sualları cavablandırılıb. Tədbir gənclərin maarifləndirilməsi və sosial ünsiyyətinin gücləndirilməsi məqsədilə coffee break ilə davam etdirilib.
Qeyd edək ki, layihənin rəhbəri Elman Şahvələdovdur. Layihə çərçivəsində keçirilən tədbirlər gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinə, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin daha dərindən öyrənilməsinə və konstitusion düşüncə tərzinin formalaşdırılmasına xidmət edir.
Layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində icra olunur.

“Heydər Əliyev İrsinin davamçıları, Konstitusiya elçiləri” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim keçirilib
“Heydər Əliyev İrsinin davamçıları, Konstitusiya elçiləri” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim keçirilib

Şərh / Cavab göndərən