Qaranlıq Rejim
Image
  • şənbə, 24 oktyabr 2026
Mingəçevir Dövlət Universitetində imtahan prosesinə start verildi!

Mingəçevir Dövlət Universitetində imtahan prosesinə start verildi!

Mingəçevir Dövlət Universitetində imtahan prosesinə start verildi!
İmtahan prosesi mərkəzləşdirilmiş qaydada keçirilir və eyni anda 350-dən çox tələbə iştirak edir. Gün ərzində baş tutacaq 3 sessiyada ümumilikdə 1050-dən çox tələbənin imtahanda iştirakı planlaşdırılıb.
Cari imtahan sessiyası ərzində ilk dəfə olaraq yazılı-elektron format tətbiq ediləcək.
İmtahanların təşkili zaman obyektivlik və şəffaflıq, eləcə də tələbələrin hüquqlarının qorunması əsas prioritet istiqamət kimi müəyyən edilib. İmtahanların şəffaf və operativ təşkili məqsədilə Operativ Qərargah, İmtahan Mərkəzi və Apellyasiya Komissiyası fəaliyyət göstərəcək, bütün imtahan prosesləri audio-video qeydə alınacaq. Həmçinin, Qaynar Xətt nömrəsi (0-104-103-103) tələbə və magistrantlardan gələn müraciətləri qəbul edəcək.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tədris prosesinin keyfiyyətinin artırılması və imtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə elektron imtahan formatı mərhələli şəkildə tətbiq olunur. Yazılı və elektron formada keçirilən imtahanlar 22 qrup üzrə təşkil ediləcəkdir. Hazırda isə akademik dürüstlüyün gücləndirilməsi və şəffaflığın qorunması məqsədilə yazılı imtahanlarda bilet seçimi və kodlaşdırma prosesi elektron sistem üzərindən həyata keçirilir.
Bütün tələbə və magistrantlara uğurlar arzulayırıq!
Mingəçevir Dövlət Universitetində imtahan prosesinə start verildi!

Şərh / Cavab göndərən