"Özünü tanı, cəmiyyətə dəyər qat” layihəsi çərçivəsində milli-mənəvi dəyərlərə həsr olunan film nümayişi keçirilib
Elm və Təhsil Nazirliyinin Təhsildə qrantlar müsabiqəsi çərçivəsində icra olunan “Özünü tanı, cəmiyyətə dəyər qat” layihəsi çərçivəsində şagirdlərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə xidmət edən növbəti maarifləndirici fəaliyyət təşkil olunub.
Tədbir çərçivəsində məktəbin məzunu, Təhsil TV əməkdaşı və layihənin videoqrafı Emil Şükürov tərəfindən hazırlanmış Şəhid Oruc Nəcəfli haqqında sənədli film şagirdlərə təqdim olunub. Film qəhrəmanlıq salnaməsi yazmış şəhidimizin həyat yolu, döyüş fəaliyyəti və Vətən uğrunda göstərdiyi fədakarlıq barədə geniş məlumat verərək iştirakçılar tərəfindən dərin maraq və duyğularla qarşılanıb.
Ümumilikdə, təşkil olunan film nümayişi layihənin məqsədlərinə uyğun olaraq gənclərin təkcə intellektual deyil, həm də mənəvi inkişafını təmin edən təsirli və yadda qalan tədbirlərdən biri kimi qiymətləndirilib.
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025