Mingəçevirdə “Milli Qəhrəman Natiq Qasımovun İgidlik Salnaməsi” adlı tədbir keçirildi
Mingəçevir Şəhər Heydər Əliyev Mərkəzində Milli Qəhrəman Natiq Qasımovun həyat və döyüş yoluna həsr olunmuş “Milli Qəhrəman Natiq Qasımovun İgidlik Salnaməsi” mövzusunda geniş tərbiyəvi-maarifləndirici tədbir təşkil edilib. Tədbirin əsas məqsədi şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, milli kimlik şüurunun möhkəmləndirilməsi və gənc nəslin qəhrəman Natiq Qasımovun igidlik nümunəsi ilə tanış edilməsi olub.
Tədbirin açılışını Mingəçevir Şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənova edib. O, Natiq Qasımovun həyat yolunun məktəblilər üçün əsl vətənpərvərlik məktəbi olduğunu bildirib, Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli sərəncamının əhəmiyyətindən bəhs edərək Azərbaycan qəhrəmanlarının dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin gənclər üçün böyük motivasiya olduğunu qeyd edib.
Daha sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev, YAP Mingəçevir Şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev, Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov və qəhrəmanın döyüş yoldaşı Zahid Kərimov çıxış edərək qəhrəmanın şərəfli həyat yolu, döyüş meydanında göstərdiyi igidlik və fədakarlıq barədə məlumat veriblər. Natiq Qasımovun vətənə sədaqət və cəsarət nümunəsi kimi gənc nəslin yaddaşında daim yaşayacağı vurğulanıb.
Tədbir çərçivəsində qəhrəmanın həyatına həsr olunmuş “Oğul” filmi nümayiş etdirilib. Film iştirakçılarda dərin emosional təsir yaradaraq Natiq Qasımovun Vətən uğrunda fədakarlığını bir daha ön plana çıxarıb.
Tədbirdə Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri, Mingəçevir Şəhər Bələdiyyəsinin sədri Anar İsmayılov, MDU-nun rektoru Anar Eminov, ümumitəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, bu müəssisələrdə çalışan şəhid ailələrinin üzvləri, məktəb psixoloqları, çağırışaqədərki hazırlıq müəllimləri və məktəblilər iştirak ediblər.
Sonda tədbir iştirakçıları Milli Qəhrəman Natiq Qasımovun xatirəsini ehtiramla yad edib və onun igidlik salnaməsinin gənc nəslin yaddaşında daim yaşayacağını bildiriblər.
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025