“Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsinin icrasına start verildi!
Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olan, Mingəçevir Dövlət Universiteti (MDU) və Universitetin Tələbə Gənclər Təşkilatının tərəfdaşlığı ilə həyata keçirilən “Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsinin icrasına başlanılıb.
Layihənin ilk mərhələsində “Azərbaycan Dövlət Suverenliyi: tarixi yolu və bu günü” mövzusunda maarifləndirici təlim təşkil olunub. Təlimdə dövlət müstəqilliyinin bərpası, suverenliyin qazanılması və qorunması istiqamətində Azərbaycanın keçdiyi tarixi yol, müasir dövrdə suverenlik anlayışının siyasi və hüquqi aspektləri, eləcə də postmüharibə dövründə ölkəmizin milli maraqlarının qorunması məsələləri geniş şəkildə təhlil edilib.
Layihə də “Azərbaycan müəllimi” mətbuat orqanının region təmsilçisi Aynur Araz, Mingəçevir Dövlət Universitetinin sosial məsələlər üzrə rektor müşaviri Elvin Məmmədzadə qonaq qismində iştirak edib. Təlim Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, politoloq İnqlab Şirinli tərəfindən aparılıb. Təlimçi çıxışı zamanı gənclərlə interaktiv müzakirələr apararaq, suveren dövlət anlayışının yalnız hüquqi sənədlərlə deyil, milli şüur, ictimai məsuliyyət və fəal vətəndaş mövqeyi ilə möhkəmləndiyini vurğulanıb. Gənclərin sualları ətrafında baş tutan diskussiyalar təlimin praktiki əhəmiyyətini daha da artırıb.
Qeyd edək ki, “Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində növbəti mərhələlərdə tematik təlimlər, panel müzakirələri, görüşlər və maarifləndirici fəaliyyətlərin keçirilməsi nəzərdə tutulur. Layihə gənclərin dövlətçilik dəyərlərinə sadiq, milli maraqları müdafiə edən və fəal vətəndaş kimi formalaşmasına töhfə verməyi hədəfləyir.
Dəstəyi, diqqəti və əziyyəti keçən hər kəsə dərin minnətdarlığımızı bildiririk!
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025