Qaranlıq Rejim
Image
  • cümə, 23 oktyabr 2026

"Təlimçi ol" layihəsinin icrası başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Göyçay şəhərində "İdeyanı reallaşdır - 2023" fərdi qrant müsabiqəsinin qalibi olan "Təlimçi ol" layihəsinin təlimləri başa çatıb.

Layihə çərçivəsində Göyçay şəhərində yaşayan otuz gəncə təlimçilik bacarıqlarının inkişaf etdirilməsi üçün nəzəri-praktiki təlimlər keçirilib.
Təlimlərdə gənclər effektiv ünsiyyət və təqdimat, araşdırma, vaxtın idarəedilməsi və komanda işi üzrə modulları üzrə yeni biliklər əldə ediblər.

Şərh / Cavab göndərən