Qaranlıq Rejim
Image
  • şənbə, 24 oktyabr 2026
“VELO-PARK – SAĞLAM GƏNCLİK, YAŞIL KAMPUS” LAYİHƏSİNİN AÇILIŞI

“VELO-PARK – SAĞLAM GƏNCLİK, YAŞIL KAMPUS” LAYİHƏSİNİN AÇILIŞI

Noyabrın 16-da Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) dəstəyi ilə “Velo-Park – Sağlam Gənclik, Yaşıl Kampus” layihəsinin açılış mərasimi keçirilib.

MDU-nun yeni “2030 İnkişaf Strategiyası” və “Yaşıl Kampus” konsepsiyası çərçivəsində baş tutan layihəyə rəmzi veloyürüşlə start verilib. 70 fəal qız tələbədən ibarət qrup MDU-nun əsas tədris binasının qarşısından yola düşərək “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin (OTİM) qarşısında finiş edib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin, Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın və 11 noyabr tarixində baş vermiş təyyarə qəzasında həlak olan türkiyəli hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə MDU-nun rektoru Anar Eminov, gənclər və idman naziri Fərid Qayıbov və Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxış ediblər.

Layihənin rəhbəri Aynur Quliyeva və layihənin təşkilində fəallıq göstərən şəxslərə təşəkkürnamələr təqdim edilib, layihəyə seçilmiş 70 qız tələbəyə isə iştiraklarına görə sertifikatlar verilib.

Qeyd edək ki, layihənin elan edildiyi gündən etibarən 400-dən çox tələbənin müraciət etdiyi bu proqram çərçivəsində iştirakçılar üçün maarifləndirici təlimlər, velosiped kursları və şəhər turları təşkil olunub.

“VELO-PARK – SAĞLAM GƏNCLİK, YAŞIL KAMPUS” LAYİHƏSİNİN AÇILIŞI
“VELO-PARK – SAĞLAM GƏNCLİK, YAŞIL KAMPUS” LAYİHƏSİNİN AÇILIŞI

Şərh / Cavab göndərən