Berlində təxribat: Reyxstaq binası önündə Fələstin bayrağı qaldıran şəxslər saxlanıldı
Almaniyanın paytaxtı Berlində Bundeslaq (Reyxstaq) binasının qarşısındakı meydanda icazəsiz etiraz aksiyası keçirilib. "Peacefully Against Genocide" adlı fəallar qrupunun üzvləri dövlət binasının həyətindəki bayraq dirəyinə dırmaşaraq Almaniyanın dövlət bayrağını endirib, yerinə Fələstin bayrağı asıblar.
Hadisəyə dərhal müdaxilə edən Berlin polisi və yanğınsöndürmə briqadası Fələstin bayrağını dirəkdən endirərək ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib. Aksiya iştirakçıları hadisə yerindəcə saxlanılıb.
Almaniya hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı dövlət rəmzlərini təhqir etmə və qanunsuz əraziyə daxil olma maddələri ilə cinayət işi açılıb, təhqiqat davam edir.
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Xankəndidə “Zəfər nəsli”...
- Post edən Müşfiq
- noyabr 13, 2026
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025