Qaranlıq Rejim
Image
  • bazar, 22 noyabr 2026
Si Cinpin Tayvanın Çinlə birləşdirilməsini tarixi zərurət adlandırıb

Si Cinpin Tayvanın Çinlə birləşdirilməsini tarixi zərurət adlandırıb

Çin sədri Si Cinpin Tayvanın Çinlə tam birləşdirilməsinin qarşısıalınmaz tarixi proses olduğunu bəyan edib.

O, noyabrın 12-də Pekində keçirilən və Çin inqilabının liderlərindən Sun Yat-senin anadan olmasının 160 illiyinə həsr olunan tədbirdə çıxışı zamanı Tayvan məsələsinin həllini Kommunist Partiyasının tarixi vəzifəsi adlandırıb.

Si Cinpin Pekinin Tayvanla sülh yolu ilə birləşməyə üstünlük verdiyini və bu məqsədlə “bir ölkə, iki sistem” prinsipini dəstəklədiyini bildirib.

Tayvan tərəfi isə bu təklifi rədd edib. Adanın hakimiyyət orqanları hesab edir ki, belə bir model Tayvan əhalisinin siyasi iradəsinə uyğun deyil.

Qeyd edək ki, Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir, lakin ada faktiki olaraq müstəqil idarə olunur. Pekin Tayvan üzərində suverenlik iddiasından imtina etməyib və hərbi güc tətbiqini də istisna etmir.

Şərh / Cavab göndərən