Azərbaycan universitetlərinin sənaye gəlirinin zəif olmasının səbəbləri açıqlanıb
Azərbaycanda universitetlərin sənayedən gəliri demək olar ki, yoxdur.
Bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov Bakıda keçirilən II Beynəlxalq Aqrar İnnovasiya Forumunda deyib.
Onun sözlərinə görə, 2024-cü il ərzində universitetin sənaye sahəsindən əldə etdiyi gəlir ümumi gəlirin cəmi 6 %-ini təşkil edib: “Bu, olduqca aşağı göstəricidir və universitet-sənaye əməkdaşlığının zəifliyini göstərir”.
Rektor əməkdaşlığın zəif olmasının bir neçə əsas səbəbini açıqlayıb: "İlk növbədə sənaye universitetlərə inanmır, bu sahədə qarşılıqlı güvən problemi var. İkinci əsas problem isə koordinasiya çatışmazlığıdır - sənaye nümayəndələri universitetlərin hansı imkanlara və resurslara malik olduğunu yetərincə bilmirlər".
Bundan əlavə, R.Əzizovun sözlərinə görə, universitetlərlə sənaye arasında əməkdaşlığı təşviq edəcək institusional mexanizmlər də mövcud deyil.
Etiketlər
Şərh / Cavab göndərən
Recent Posts
MDU və Marmara Universite...
- Post edən Səbinə
- iyul 17, 2026
Mingəçevir Dövlət Univers...
- Post edən Səbinə
- iyul 13, 2026
V “Cyber Summer School 20...
- Post edən Səbinə
- iyul 11, 2026
Rektor Anar Eminov: “Univ...
- Post edən Səbinə
- iyul 11, 2026
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025