Qaranlıq Rejim
Image
  • cümə, 23 oktyabr 2026

"Turan Tovuz"dan ayrılan futbolçunun növbəti klubu məlum oldu

 

Altı futbolçusu ilə yollarını ayıran "Mingəçevir" heyətini "Turan Tovuz"un sabiq futbolçusu Murad Dadaşevlə gücləndirib.

 

Günboyu.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi "Mingəçevir" klubu ilə beşaylıq müqavilə imzalayıb.

 

Qeyd edək ki, Murad Dadaşev bu "Qaradağ Lökbatan"dan "Turan Tovuz"a transfer olunub. Futbolçunun bölgə klubu ilə müqaviləsinə 2024-cü ilin iyulunda xitam verilib. O, "Turan Tovuz" forması ilə cəmi bir oyunda meydana çıxıb.

Şərh / Cavab göndərən