Qaranlıq Rejim
Image
  • şənbə, 24 oktyabr 2026
Uşaq oyunları ilə qazanılan 45,6 milyard von mükafat

Uşaq oyunları ilə qazanılan 45,6 milyard von mükafat

 

"Squid Game" üç il aradan sonra ikinci mövsümüylə yenidən "Netflix" platformasında birinci olmağı və səs-küy yaratmağı bacarıb.

 

image

 Bu mövsüm özüylə doğruluğu təsdiq olunmayan bir sıra iddialar gətirib. İddialardan birinə görə, Squid Game əslində baş vermiş bir hadisədir. Serialın Cənubi Koreyada baş verən "Brothers Home" hadisəsindən ilhamlandığı iddia edilib.

image

 "Brothers Home" Cənubi Koreyanın Busan şəhərində yerləşən həbs düşərgəsi olub, 1970-ci ildən 1980-ci illərə qədər fəaliyyət göstərən və rəsmi olaraq sosial rifah mərkəzi kimi müəyyən edilmiş bir yer idi. Lakin bu müəssisədə ciddi insan haqları pozuntuları baş verib. Həmin dövrdə Cənubi Koreya hökuməti küçələrdən evsizləri, əlilləri, uşaqları və bəzən də hökumətə qarşı etiraz edənləri toplayıb “Küçənin abadlaşdırılması” adı altında bu mərkəzlərə yerləşdirirdi. " Brothers Home"da saxlanılan insanlar işləməyə məcbur edilib və döyülmə, işgəncə , eyni zamanda cinsi istismar kimi zorakılığa məruz qalıblar. Bu müəssisə 1987-ci ildə bəzi məhbusların qaçaraq sui-istifadə hallarını ifşa etdikdən sonra bağlanıb.

 Ancaq "Squid Game"in yaradıcısı Hwang Dong-hyuk-un serialla  bağlı verdiyi müsahibələrə baxdığımızda, serialın ssenarisinin "Brothers Home " hadisəsindən ilhamlandığına dair bir açıqlama yoxdur.

image

 2021-ci ildə "The Guardian"a verdiyi müsahibədə Hwang "Squid Game" üçün ilhamlandığı mənbələri ətraflı izah edib. Müsahibəyə görə, Hwang 2009-cu ildə maddi çətinliklərlə mübarizə aparırdı və həm özünün, həm də ailəsinin böyük borcu var idi. O dövrdə komiks kafelərində vaxt keçirən Hvanq "Battle Royale" və "Liar Game" kimi sağ qalma oyunları əsasında hekayələr oxuyub, həmçinin bu personajlarla vəziyyətini müəyyənləşdirib və öz-özünə: "Əgər belə bir oyun olsaydı qoşulardım?" – deyə soruşub. Daha sonra "Squid Game"in ssenarisini yazmağa başlayıb. Hwang Dong-hyuk ssenarini həyatının erkən dövründəki öz iqtisadi mübarizələrinə, eləcə də Cənubi Koreyadakı sinif bərabərsizliyinə və kapitalizmə əsaslandırıb.

image
 Cənubi Koreya dram serialı olan "Squid Game" böyük maliyyə borcu olan 456 oyunçuya, həyatlarını riskə atıb oynadıqları ölümcül uşaq oyunları qarşılığında 45,6 milyard von mükafat təklif edir. Oyunlar gizli bir təşkilat tərəfindən təşkil olunur.

image

Hər bir oyunçunun həyatı 100 milyon von dəyərindədir və 456 oyunçunun ümumi qazancı 45,6 milyard vona bərabərdir.

image

Oyunlar oynandıqca və müsabiqə iştirakçılarının sayı azaldıqca pul mükafatı haqqında daha çox məlumat ortaya çıxır. Serialın adı Koreya uşaq oyunundan götürülüb.

image

"Squid Game"in ilk mövsümü 17 sentyabr 2021-ci ildə Netflix tərəfindən bütün dünyada yayımlanıb. 2021-ci ilin noyabr ayından etibarən 142 milyondan çox insan tərəfindən izlənildiyinə görə "Netflix"in ən çox baxılan serialı olub.Yaş həddi isə 18 yaş və yuxarı olaraq müəyyən edilib.


"Squid Game"in üçüncü və son mövsümü 2025-ci ildə yayımlanacaq.

Uşaq oyunları ilə qazanılan 45,6 milyard von mükafat
Uşaq oyunları ilə qazanılan 45,6 milyard von mükafat
Uşaq oyunları ilə qazanılan 45,6 milyard von mükafat
Uşaq oyunları ilə qazanılan 45,6 milyard von mükafat
Uşaq oyunları ilə qazanılan 45,6 milyard von mükafat
Uşaq oyunları ilə qazanılan 45,6 milyard von mükafat
Uşaq oyunları ilə qazanılan 45,6 milyard von mükafat

Şərh / Cavab göndərən