Qaranlıq Rejim
Image
  • bazar, 25 oktyabr 2026
“Əməkdar artist Cabir İmanov vəfat etdi”

“Əməkdar artist Cabir İmanov vəfat etdi”

Bu gün tanınmış aktyor, əməkdar artist Cabir Qorxmaz oğlu İmanov ürək infarktı nəticəsində dünyasını dəyişib.

Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. O, yaradıcılıq fəaliyyətinə “Parni iz Baku” KVN komandasında başlayaraq tamaşaçıların rəğbətini qazanıb. Daha sonra fəaliyyətini “Planet Parni iz Baku” teatrında davam etdirən aktyor səhnə ifaları və yaratdığı obrazlarla yadda qalıb.

Sənət aləmində özünəməxsus dəsti-xətti ilə seçilən Cabir İmanov həm peşəkarlığı, həm də insani keyfiyyətləri ilə tanınırdı. Onun vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir.

Allah rəhmət eləsin!

Şərh / Cavab göndərən