Mingəçevirdə minik maşınının vurub ağır xəsarət yetirdiyi 8-ci sinif şagirdi xəstəxanada ölüb.
Şərqi-Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon təhsil sektorundan verilən məlumata əsasən hadisə bir həftə əvvəl şəhərin Gəncə şossesində baş verib.
Belə ki, avtobusdan düşüb yolu keçmək istəyən 2010-cu il təvəllüdlü Rzayev Amil Habil oğlunu "Vaz 2107" markalı maşın vuraraq çoxsaylı bədən xəsarətləri yetirib.
Yaralı yeniyetmə koma vəziyyətində xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin cəhdlərinə baxmayaraq yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, şagird Mingəçevir şəhərində yerləşən Kəlbəcər rayonu 87 nömrəli tam orta məktəbdə təhsil alırdı
Faktla bağlı araşdırma aparılır.
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025