Qaranlıq Rejim
Image
  • bazar, 25 oktyabr 2026
Qərbi Azərbaycan mövzusunda film nümayişi və məlumatlandırıcı görüş keçirilib

Qərbi Azərbaycan mövzusunda film nümayişi və məlumatlandırıcı görüş keçirilib

Mingəçevir Gənclər Evində Qərbi Azərbaycan mövzusunda gənclər arasında maarifləndirici film nümayişi və dəyirmi masa formatında məlumatlandırıcı görüş baş tutub. Tədbir, gənclərin tariximizlə bağlı biliklərini artırmaq və milli-mədəni irsimizə diqqəti artırmaq məqsədilə təşkil olunub.

Gənclər Evinin əməkdaşı Pənah Kərimov tərəfindən təşkil edilən tədbirdə İrəvan xanlığı və Göyçə mahalına dair tarixi faktları əks etdirən film nümayiş etdirilib. Böyük maraqla izlənən film qədim Azərbaycanın tarixi, mədəniyyəti və ərazinin əhəmiyyəti haqqında geniş məlumatları özündə cəmləşdirib.

Filmdən sonra dəyirmi masa formatında keçirilən görüşdə Pənah Kərimov gənclərə Qərbi Azərbaycanın tarixi, ərazisi, inzibati bölgüsü, memarlıq abidələri və sənətkarlıq nümunələrinin əhəmiyyəti barədə ətraflı məlumat verib. Görüş iştirakçıların fəal müzakirələri və sualları ilə daha maraqlı olub.

Tədbirdə iştirak edən gənclər, Qərbi Azərbaycanın zəngin mədəni irsini daha yaxından öyrənməyə imkan tapıblar. Onlar bu cür tədbirlərin davamlı olmasını və tarixi mövzuların geniş kütlələr arasında daha çox təbliğ edilməsini vacib hesab etdiklərini vurğulayıblar.

Qeyd edək ki, bu cür tədbirlər gənclərin tariximizi daha dərindən mənimsəməsinə, milli-mədəni dəyərlərə bağlılıqlarını artırmağa, həmçinin vətənpərvər ruhda yetişdirilməsinə mühüm töhfə verir.

Qərbi Azərbaycan mövzusunda film nümayişi və məlumatlandırıcı görüş keçirilib
Qərbi Azərbaycan mövzusunda film nümayişi və məlumatlandırıcı görüş keçirilib
Qərbi Azərbaycan mövzusunda film nümayişi və məlumatlandırıcı görüş keçirilib

Şərh / Cavab göndərən