Qayıdışın KÖNÜLLÜ səsi layihəsi çərçivəsində Şəkidə təlimlər təşkil edilib
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan edilmiş qrant müsabiqəsi əsasında icra olunan “Qayıdışın KÖNÜLLÜ səsi” layihəsinin növbəti mərhələsi uğurla davam etdirildi.
Layihənin əsas məqsədi məcburi köçkün statuslu gənclərin hüquqi biliklərini artırmaqla yanaşı, onların ictimai fəallıq, vəkillik və təşəbbüskarlıq potensialını gücləndirmək, regionlar üzrə gənclər arasında əməkdaşlıq və şəbəkələşməni inkişaf etdirməkdir. Layihə gəncləri qayıdış prosesində yalnız müşahidəçi deyil, təşəbbüskar və məsuliyyətli iştirakçı kimi formalaşdırmağı hədəfləyir.
Bu mərhələ çərçivəsində təlimçi Müşfiq Tarıverdiyev tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında tələbələr üçün “Komanda quruculuğu və liderlik” " Könüllülük" mövzusunda interaktiv təlim təşkil olundu.
Təlim zamanı iştirakçılar effektiv komanda modeli, rolların düzgün bölgüsü, qərarvermə mexanizmləri, liderin məsuliyyəti və motivasiya üsulları barədə praktiki biliklər əldə etdilər. Qrup işləri, situasiya əsaslı tapşırıqlar və interaktiv məşğələlər vasitəsilə tələbələr həm liderlik keyfiyyətlərini sınaqdan keçirdilər, həm də komanda daxilində sağlam ünsiyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdirdilər.
Təlimin əsas mesajı aydın idi: güclü nəticə üçün güclü komanda və düzgün liderlik yanaşması vacibdir. İctimai proseslərdə təsir gücü yaratmaq üçün təşkilatlanma və strateji düşüncə əsas amillərdəndir.
Layihənin rəhbəri Qorxmaz Rəhimlinin təşəbbüsü ilə keçirilən bu mərhələ tələbələrin öz potensiallarını daha yaxından dərk etməsinə və gələcək fəaliyyətlərdə daha inamlı və təşəbbüskar mövqe sərgiləməsinə mühüm töhfə verdi.
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025