Qaranlıq Rejim
Image
  • bazar ertəsi, 26 oktyabr 2026
Qayıdışın KÖNÜLLÜ səsi layihəsi ilk təlim

Qayıdışın KÖNÜLLÜ səsi layihəsi ilk təlim

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan edilmiş qrant müsabiqəsi əsasında icra olunan “Qayıdışın KÖNÜLLÜ səsi” layihəsinin növbəti mərhələsi uğurla həyata keçirildi.

 

Layihənin əsas məqsədi məcburi köçkün statuslu gənclərin hüquqi biliklərini artırmaqla yanaşı, onların ictimai fəallıq, vəkillik və təşəbbüskarlıq potensialını gücləndirmək, regionlar üzrə gənclər arasında əməkdaşlıq və şəbəkələşməni inkişaf etdirməkdir. Layihə gəncləri qayıdış prosesində yalnız müşahidəçi deyil, təşəbbüskar və məsuliyyətli iştirakçı kimi formalaşdırmağı hədəfləyir.

Bu mərhələ çərçivəsində təlimçi Müşfiq Tarıverdiyev tərəfindən “Komanda quruculuğu və liderlik” " könüllülük" mövzularında interaktiv təlim təşkil olundu.

Təlim zamanı iştirakçılar effektiv komanda modeli, könüllülük, rolların bölgüsü, qərarvermə mexanizmləri, liderin məsuliyyəti və motivasiya üsulları barədə praktiki biliklər əldə etdilər. İnteraktiv tapşırıqlar, qrup işi və situasiya əsaslı məşğələlər vasitəsilə gənclər həm liderlik keyfiyyətlərini sınaqdan keçirdilər, həm də komanda daxilində sağlam ünsiyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdirdilər.

Təlimin əsas mesajı aydın idi: güclü qayıdış üçün güclü komanda lazımdır. Hüquqi biliklərlə yanaşı, təşkilatlanma və liderlik bacarıqları da gənclərin ictimai proseslərdə təsir gücünü artıran əsas faktorlardandır.

Layihənin rəhbəri Qorxmaz Rəhimlinin təşəbbüsü ilə keçirilən bu mərhələ iştirakçıların öz potensiallarını daha yaxından kəşf etməsinə və gələcək fəaliyyətlərdə daha inamlı mövqe sərgiləməsinə mühüm töhfə verdi.

Şərh / Cavab göndərən