Qaranlıq Rejim
Image
  • bazar ertəsi, 26 oktyabr 2026
Qayıdışın KÖNÜLLÜ səsi layihəsinin ikinci təlimi

Qayıdışın KÖNÜLLÜ səsi layihəsinin ikinci təlimi

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan edilmiş qrant müsabiqəsi əsasında icra olunan “Qayıdışın KÖNÜLLÜ səsi” layihəsinin birinci mərhələsi uğurla həyata keçirildi.

 

Layihənin əsas məqsədi məcburi köçkün statuslu gənclərin hüquqi biliklərini artırmaq, onların vəkillik və ictimai təşəbbüskarlıq bacarıqlarını gücləndirmək, regionlar üzrə şəbəkələşməni inkişaf etdirmək və Böyük Qayıdış prosesinə onları fəal gənc resurs kimi cəlb etməkdir. Layihə gənclərin yalnız məlumatlı deyil, həm də təşəbbüskar və məsuliyyətli ictimai iştirakçı kimi formalaşmasını hədəfləyir.

 

Birinci mərhələ çərçivəsində təlimçi Müşfiq Tarıverdiyev tərəfindən “Məcburi köçkünlərin hüquqi statusu və geri qayıdış prosedurları” mövzusunda maarifləndirici təlim təşkil olundu.

Təlim zamanı iştirakçılar məcburi köçkünlərin hüquqi statusunun əsasları, dövlət təminatları, sosial müdafiə mexanizmləri, əmlak hüquqları və Böyük Qayıdış prosesi ilə bağlı hüquqi prosedurlar barədə ətraflı məlumat əldə etdilər. Mövzu real situasiyalar və praktiki müzakirələr əsasında izah edildi, iştirakçılar hüquqi simulyasiyalar vasitəsilə biliklərini tətbiq etmək imkanı qazandılar.

Bu mərhələ gənclərin hüquqi savadlılığının artırılması və onların gələcəkdə qayıdış prosesində maarifləndirici, dəstəkverici və ictimai fəal mövqedə çıxış etmələri baxımından mühüm addım oldu.

Layihənin rəhbəri Qorxmaz Rəhimlinin təşəbbüsü ilə həyata keçirilən təlim iştirakçıların həm hüquqi düşüncə tərzinin, həm də sosial məsuliyyət hissinin gücləndirilməsinə xidmət etdi.

Şərh / Cavab göndərən