Qaranlıq Rejim
Image
  • bazar, 25 oktyabr 2026
Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng edib üzr istədi.

Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng edib üzr istədi.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Gunboyu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

Şərh / Cavab göndərən