Xoşbəxt görünmək – yeni sosial trend
Psixoloqlar bildirirlər ki, bu tendensiya yalnız şəxsi həyatı deyil, həm də sosial münasibətləri təsir edir. “Xoşbəxt görünmək” istəyi insanlarda müqayisə, narazılıq və daxili boşluq hissi yaradır. Sosial mediada paylaşım zamanı yaradılan virtual obraz, əsl reallıqla tez-tez üst-üstə düşmür və istifadəçilərin özlərini tənqid etməsinə səbəb olur.
Psixoloq Lalə Məmmədova qeyd edir:
“İnsanlar ‘like’ və şərhlərlə ölçülən bir xoşbəxtlik nümayiş etdirir. Amma əsl xoşbəxtlik yalnız gerçək hisslərdə və yaxın münasibətlərdə olur.”
Ekspertlər xəbərdarlıq edir ki, sosial mediada hər zaman parlaq görünmək arzusu psixoloji stressi artırır, istifadəçilər özlərini reallıqla müqayisə etdikcə, daxili narazılıq və tənha hisslər daha çox güclənir.
Nəticədə onu deyə bilərik ki, Virtual xoşbəxtlik, real həyatla müqayisədə səthi və qısamüddətlidir. İnsanlara tövsiyə olunur ki, sosial şəbəkələrdə keçirdikləri vaxtı idarə etsin, gerçək həyatda münasibətlərə və daxili rahatlığa önəm versinlər.
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025